Xəbər lenti

Kazım Əliverdibəyov vəfat etdi
Sənət12:29 19.12.2022

Kazım Əliverdibəyov vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Prezidentinin fəxri təqaüdçüsü dirijor Kazım Əliverdibəyov vəfat edib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bildirilib.
Qeyd olunub ki, Kazım Əliverdibəyov bu gün səhər saatlarında vəfat edib.
K.Əliverdibəyov 1938-ci ildə Bakıda anadan olub, 1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, daha sonra Opera və Balet Teatrında dirijor kimi çalışıb.
Mərhumla vida mərasimi 20 dekabr saat 13.00-dan 14.00-dək Təzə Pir məscidində keçiriləcək.
Allah rəhmət eləsin.