Xəbər lenti

Köçəryanın düyməsini yenidən basdılar: Məqsəd Paşinyanı devirməkdir (ŞƏRH)
Siyasət05:36 30.12.2021

Köçəryanın düyməsini yenidən basdılar: Məqsəd Paşinyanı devirməkdir (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Köçəryan Rusiyanın marağından çıxış edərək belə danışır və nə deyir-desin, artıq Qarabağ məsələsi bitib”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın hakimiyyətə gəldiyi halda 10 Noyabr sənədini icra edəcəyini, amma bununla yanaşı, heç olmasa, keçmiş DQMV-nin sərhədlərini bərpa etmək, Hadrut və Şuşanı geri qaytarmağa çalışacağı barədə sərsəm fikirlərini şərh edərkən deyib:
"Əslində bu fikri ilə Robert Köçəryan Rusiyanın bir qrup hərbi elitasının sözünü deyir. Rusiya gözləmədiyi halda Qarabağ siyasətində Türkiyəyə uduzur. Köçəryan kimi adamların hesabları düz gəlməyib. Ona görə də onun 10 Noyabr sənədini icra edəcəklərini deyərək, bunları etiraf etməsi o deməkdir ki, Rusiya mövcud vəziyyəti başa düşür”. 
Ekspert qeyd edir ki, Köçəryanın həmin fikirləri bir tərəfdən Ermənistan daxilinə verilən mesajdır: 
"Məqsədi də Rusiyanın tapşırığı ilə Paşinyanı devirməkdir. Həm də Rusiyadakı hərbi elita və kəşfiyyatı öz aləmində Köçəryanın diliylə Azərbaycana da mesaj verir. Çünki Rusiyada hərbçilər Hadrutla Şuşanın azad olunmasını heç cür qəbul edə bilmirlər. Rusiya silahları bildiyiniz kimi, Qarabağda özünü doğrultmadı. Bu da Rusiya hərbi sənaye kompleksinin problemlərinin olduğunu üzə çıxardı. Bütün bunların fonunda Köçəryanın danışması təbiidir”. 
C. Nuriyev bildirdi ki, Köçəryan nə deyir-desin, artıq Qarabağ məsələsi bitib: 
"İstəyir Rusiya, istərsə də digərləri olsun, bu məsələni öz maraqlarına uyğun şəkildə gündəmə gətirə bilməyəcəklər. Buna Azərbaycan xalqı və Ordusu imkan verməyəcək. Olmayan məsələ barədə danışırlar. Amma artıq qatar gedib. Bundan sonra Köçəryan olmur, kim olur-olsun, o məsələ dirilən deyil. Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlayandan sonra isə həmin məsələ gündəmdən çıxacaq”. 
Rüfət Sultan