Xəbər lenti

“Kəbə İstanbula köçürülməlidir” – Politoloqdan qəribə açıqlama
Siyasət15:15 23.09.2014

“Kəbə İstanbula köçürülməlidir” – Politoloqdan qəribə açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ər- Riyad İslam dünyasında öz hakim ideoloji baxışlarını təsdiq etdirmək istəyir". 

"Məncə, Səudiyyə Ərəbistanındakı müqəddəs yerlər də İslam dünyasının başqa ərazilərinə köçürülməlidir. Məsələn, burada İstanbul variantı da mümkündür".

Bunu Aktual.az-a açıqlamasında politoloq Qabil Hüseynli  Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən 26 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanına bağlılığını şərh edərkən deyib. 

Onun sözlərinə görə, dini ekstremizm ideyalarına qulluq edən, Azərbaycanın dünyəvi quruluşuna xələl gətirən və onun mövcudluğunu təhlükə altına alan hər şeyə qarşı mübarizə aparılmalıdır: "Uzun saqqal saxlayıb, müəyyən dini cərəyanın formasını geyinərək, küçələrdə gəzən adamlardan soruşulmalıdır ki, axı niyə Azərbaycanın suverenliyinə xələl gətirən addımlar atırsınız? Mənə elə gəlir ki, din və vicdan azadlığına riayət edilməlidir, amma bu, ölkənin suverenliyinə xələl gətirməməlidir. Qaldı, vəhhabinin bu ölkədə nə işi var? Vəhhabılik Səudiyyə Ərəbistanının dövlət ideologiyasıdır. Səudiyyə Ərəbistanı İslam dünyasını özünə tabe etdirmək üçün bu məzhəbi yayır və tabe olanları da maliyyələşdirir. Məgər bunu bilmirlər? Məncə, bu ölkədə vəhhabiliyə heç bir ehtiyac yoxdur və onlar barəsində də lazımı tədbirlər görülməlidir.

İŞİD-in tərkibinə qoşulanların çoxu vəhhabi təriqətinə qulluq edən adamlardır. Onlar da, əvvəlcə, vəhhabi şəklində formalaşırlar, sonra silahlanırlar və İŞİD kimi qruplaşmalara qoşulub terrorçu olurlar”.

Qaynar.info