Ədalət Partiyasının VII qurultayı keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimli məlumat verib. Onun sözlərinə görə, qurultayda seçkili orqanların ötən dövr ərzində gördüyü işlərlə bağlı hesabatı dinlənilib və qiymətləndirilib:
"Daha sonra partiya rəhbərliyinə seçkilər keçirilib. İlyas İsmayılov növbəti 4 il müddətinə partiyanın sədri seçilib. Bundan başqa, MNTK və Ali Məclisin 18 nəfər müstəqil üzvü də seçilib”.
Bahar Rüstəmli