Xəbər lenti

Keçmiş məmuru güllələyən dəstənin üzvü tutuldu - BAKIDA
Ölkə09:49 28.05.2016

Keçmiş məmuru güllələyən dəstənin üzvü tutuldu - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçmiş məmuru güllələyən qrupun daha bir üzvü tutulub. 

Qaynarinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində carı il aprelin 12-də Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açıb ona xəsarət yetirmiş qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə Ramil Hüseynlinin və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən edilib.

Qeyd edək ki, zərərçəkmiş H.Qasımov Bərdə RİH-də çalışıb.

Qaynarinfo.az