Xəbər lenti

Keçmiş sevgilisi İlon Maskı məhkəməyə verdi - 3 uşağına görə...
Maqazin08:32 04.10.2023

Keçmiş sevgilisi İlon Maskı məhkəməyə verdi - 3 uşağına görə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlon Maskın keçmiş sevgilisi Qrayms üç övladına görə onu məhkəməyə verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Sentyabrın 29-da müğənni Qrayms valideynlik münasibətlərinin qurulması üçün məhkəməyə müraciət edib. Sənəd nikahda olmadıqda uşağın qanuni valideynlərinin müəyyən edilməsi üçün məhkəməyə yönləndirilib. İş materiallarının ictimaiyyətə açıq olmasına baxmayaraq, möhürlənib. "Tesla"nın həmtəsisçisi Qraymsın müraciətinə cavab verməyib. O, həmçinin uşaq dəstəyi və ya qəyyumluq hüququ tələb etməyib.
İlon Mask və Qrayms 2018-ci ildə görüşməyə başlayıblar. Sahibkar və müğənni ilk dəfə 2018-ci ildə "Met Gala"da birlikdə görünüblər. 2021-ci ildə cütlük ayrıldıqlarını elan edib. Onıarın birlikdə iki övladı var: 3 yaşlı oğlu Ex Ash Hey-Twelve və surroqat anadan dünyaya gələn və 2023-cü ilin dekabrında iki yaşı tamam olacaq qızı Exa Dark Sideril.
Sentyabrın 10-da İlon Maskın Qraymsdan gizli övladı olduğu məlum olub. İlon Maskın tərcümeyi-halının müəllifi, jurnalist Uolter İsaakson oğlanın adının Techno Mechanius olduğunu və o, Tau ləqəbini daşıdığını təsdiqləyib. Uşağın yaşı açıqlanmayıb.
Sentyabrın əvvəlində müğənni "X" sosial şəbəkəsində (keçmiş Twitter) şikayət edib ki, İlon Mask oğlunu görməyə icazə vermir.
"Siobhana de ki, məni blokdan çıxarsın və İlona de ki, oğlumla görüşməyə icazə və ya vəkilimə cavab versin. Bu ana qədər mən uşaqları fotoda belə görməmişdim və bu vəziyyət mənim ailəmi məhv edir”, deyə o yazıb.
Aydın