Xəbər lenti

Kəlbəcərdə ağır döyüşlər: erməni əsgəri öldürüldü - RƏSMİ
Ölkə08:57 21.01.2015

Kəlbəcərdə ağır döyüşlər: erməni əsgəri öldürüldü - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İşğalçı erməni qüvvələrinin komandanlığı təmas xəttində bu gecə növbəti dəfə döyüşlərin getdiyinə dair xəbər yayıb. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, dümən tərəfin açıqlamasına əsasən yanvarın 20-dən 21-nə keçən gecə saat 03:00 radələrində təmas xəttinin Kəlbəcər istiqamətində Azərbaycan ordusu “növbəti kəşfiyyat-diversiya həmləsi” edib.
İddia olunur ki, bu həmlənin qarşısı alınıb, ancaq döyüşlər zamanı erməni qüvvələri itki verib. 1982-ci ildə anadan olmuş, müqavilə əsasında xidmət edən Asatryan Hapet Artakoviç öldürülüb, daha bir hərbçi - 1973-cü ildə anadan olmuş, müqavilə əsasında xidmət edən Qasparyan Ovanes Onikoviç isə yaralanıb. 
Azərbaycanın Müdafiə Nazirliyi də məlumat yayıb. Nazirliyin məlumatında deyilir: 
"Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməməklə yanaşı bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır".
Qaynar.info