Xəbər lenti

Kəlbəcərdə növbəti təxribat: “Atan kazaklardır...” - Politoloq
Siyasət07:32 12.01.2022

Kəlbəcərdə növbəti təxribat: “Atan kazaklardır...” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu sayaq təxribatlarla Moskva ən azından İrəvanı məcbur etmək istəyir ki, sülhməramlı adı ilə rus qoşunları Azərbaycan Ermənistan sərhədində yerləşdirilsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev yanvarın 11-də Kəlbəcər istiqamətində sərhəddə Ermənistanın həyata keçirdiyi növbəti təxribat hərəkətini şərh edərkən deyib:
"Sərhəddəki bu təxribatlar gözlənilən idi. Çünki Rusiya həddən artıq aqressivləşib. Rusiya hara əl atırsa, əlini yandırır. Azərbaycanla Ermənistan sərhədində baş verən təxribatda da "atan kazaklardır”. 
 
Ekspert qeyd edir ki, bu yolla yenidən ermənilərlə azərbaycanlıları qarşı-qarşıya qoymağa çalışırlar: 
"Belədə Azərbaycan ictimaiyyəti və Ordunun diqqətini daha çox sərhədə yönəldirlər ki, Bakı Laçın dəhlizi barədə qətiyyən fikirləşməsin, Qarabağı unutsun. Bu kimi təxribatlarla qarşıdurmanı artırmaqla sərhəddə sülhməramlı qismində Rusiyanın dayanmasına nail olmaq üçün Bakı ilə İrəvanın Moskvaya üz tutmasına nail olmaq istəyirlər”. 
Politoloq təəssüflə bildirir ki, sərhəddə baş verən bu sayaq təxribatlar heç də sonuncu olmayacaq: 
"Rusiyaya hələ ki, "dur” deyən olmadığından daha da aqressivləşir. Kreml dünya arenasında mövqeyini itirdikcə, onun əvəzini keçmiş sovet respublikalarından çıxmağa çalışacaq”.
Rüfət Sultan