Xəbər lenti

Maqazin 23:17 09.04.2024

Kemeron Dias və əri psixoloqa müraciət edib

Hollivud aktrisası Kemeron Dias və əri, musiqiçi Benci Madden psixoloqa müraciət ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə OK məlumat yayıb.

Cütlüyə yaxın olan mənbə bildirib ki, aktrisa və musiqiçi ailə psixoloqu ilə evlilikdəki çətinliklərini müzakirə edirlər. Mənbənin sözlərinə görə, Kemeron Dias Hollivudu tərk edib, çünki o, psixi sağlamlığının qayğısına qalmaq istəyir.

"Kameron dostlarına dedi ki, o və əri birlikdə psixoloqo müraciət edib. Bu, onlara münasibətlərdəki problemləri ciddiləşməmişdən əvvəl həll etməyə kömək edir", deyə qeyd edilib.

Kemeron Dias və Benci Madden 2015-ci ildən evlənib. 2019-cu ildə Hollivud aktrisası ilk dəfə ana olub - o, qızını dünyaya gətirib. Bir neçə həftə əvvəl Kemeron Diaz və Benci Madden ikinci dəfə valideyn olublar. Bu dəfə cütlüyün oğlu dünyaya gəlib. Aktrisa və musiqiçi xəbəri gizli saxlayıb və yalnız bir müddət sonra "Instagram"da paylaşıb.

Kemeron evləndikdən sonra filmlərdə çəkilməyi dayandırsa da, bu yaxınlarda geri qayıtdığını elan edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?