"La Liqada bir də Kriştiano Ronaldo olmayacaq. Başqa bir Messi də olmayacaq”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Argentina millisində 1978 -ci il dünya çempionu olmuş Mario Kempes Lionel Messinin "Barselona”dan getməsindən danışarkən deyib.
"Mbappe və ya başqası gələ bilər, amma 10-12 ildir izlədiyimiz bu iki əjdaha kimi oyunçu olmayacaq. Mbappe bu ikisi ilə eyni gücə malik deyil, - Kempis əlavə edib. - Bu gün İspaniya futbolu Messi deməkdir. Və bu da bitdi".
Alpər