
Bu yaxınlarda “Qayıdış” adlı dram janrında yeni filmini təqdim edən tanınmış rejissor Kənan Mahmudov (Kənan M.M.) hər kəsi yerli filmlərimizə dəstək olmağa çağırıb.
Qaynarinfo.az-a açıqlama verən rejissor artıq kino sahəsinin inkişaf etdiyini və bu sahəyə marağın artdığını deyib:
"Razıyam ki, köhnə filmlərimizdə peşəkar rejissor və aktyorların iştirakı ilə çəkilib.Ancaq müasirlik tələb olunur. Əgər hər şeyin köhnəsi yaxşıdırsa, niyə köhnə paltar geyinib, köhnə maşına minmirik? Kinoda da müasirlik tələb olunandır. Keçən dəfə kino tənqidçilərindən biri bir ifadə işlətmişdi .Müasir Azərbaycan filmi “Xoxan”la iməklədi, “Oğlan evi” ilə ayağa qalxdı, “Qayıdış”la yeriməyə başladı. Tamaşaçanı biz düzəltməsək, onlar düzələn deyil".
Kənan Qayıdış filminin qala gecəsinə gəlməyən şəxslərin ünvanına da söz atıb. Rejissorun onları qala gecəsinə çağırmaqda məqsədi tam başqa imiş:
“Bir neçə gün öncə “Qayıdış” filmi üçün qala gecəsi keçirtdim, bir çoxlarını dəvət etmişdim. Bəziləri gəlmədi. Onların gəlib-gəlməməsinə ehtiyacım yox idi. Onsuzda yaxşıdırsa, tamaşaçı yaxşı deyecək. Mən onlara aşiq olduğum üçün yox, onları sındırmaq üçün çağırmışdım. Gəlməmələri ilə sındıqlarını sübut etdilər”.
Qaynarinfo.az