Xəbər lenti

“Kənddən gələn insanam, sırğa taxa bilmərəm”
Maqazin18:50 10.02.2017

“Kənddən gələn insanam, sırğa taxa bilmərəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktyor Müşviq Şahverdiyev 8 kiloqram arıqlayıb.

Qaynarinfo.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Hər şey daxil" verilişində deyib:

"Bir ara çox kökəlmişdim. İndi 95 kiloqramdan 87 kiloqrama düşmüşəm. Hələ arıqlamağa davam edirəm".

M.Şahverdiyev aparıcının "Sırğa taxan kişilərə necə baxırsan? Heç özün taxarsan" sualına belə cavab verib:

"Kənddən gələn insanam, sırğa taxa bilmərəm. Yoxsa Lənkərana gedəndə, məni biabır edərlər. Sırğa taxmaq insanların yaşam tərzindən asılıdır. Heç vaxt taxmaram, amma taxana da pis baxmıram".

Qaynarinfo.Az