"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Qaynarinfo xəbər verir ki, "sarı-göylər" Elvin Yunuszadəni sıralarına qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə bir illik müqavilə bağlanıb.
Son klubu "Şamaxı" olan Elvin bu komandada meydana çıxmaq şansı qazanmayıb.
Səbuhi Həsənov