Xəbər lenti

Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi
Ölkə13:42 07.10.2021

Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Qafqazinfo”ya atası, şair Qəşəm Nəcəfzadə məlumat verib.
O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:
"Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.
Qeyd edək ki, dünən K. Böyükçöl daha əvvəl də olduğu kimi sərxoş vəziyyətdə sosial şəbəkədə canlı yayım açaraq qeyri-etik ifadələr işlədib. O, ötən ilin yayında da alkoqolizmdən müalicə məqsədilə dispanserə yatırılmışdı.