Xəbər lenti

Kərim toyda niyə döyülüb? - Səbəb açıqlandı
Maqazin07:35 11.09.2024

Kərim toyda niyə döyülüb? - Səbəb açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.
Hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.
Müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Report"a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:
"Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir".