Dünya 13:56 20.02.2023

Kim Çen Inın bacısı ABŞ-ı Sakit okeana raket atmaqla hədələdi

ABŞ qoşunlarının hərəkətlərinin xarakteri dəyişərsə, Şimali Koreya Sakit Okean istiqamətində raketlər atacaq.

Qaynarinfo TsNAK agentliyinə istinadla xəbər verir ki, bunu Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini və Şimali Koreyanın liderinin bacısı Kim Yo Çjon deyib

O qeyd edib ki, son vaxtlar Pxenyan Koreya yarımadasında "Amerika qoşunlarının strateji zərbə silahlarının hərəkətinin intensivləşməsini” müşahidə edir. Şimali Koreya rəhbərliyi onların ölkənin təhlükəsizliyinə təsirini "diqqətlə nəzərdən keçirir" və təhdid olunarsa, "müvafiq cavab tədbirləri" görəcək. "Sakit okeandan sınaq meydançamız kimi istifadə tezliyi Amerika qoşunlarının hərəkətlərinin xarakterindən asılıdır", - Çjon bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Şimali Koreya liderinin bacısı KXDR qitələrarası ballistik raketlərinin Seula atılmayacağını bildirmişdi, çünki Şimali Koreya Cənubi Koreya ilə heç bir problem yaşamaq istəmir.

Alpər