
Hindistanın Odişa Ştatında opera truppasını daşıyan avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qaynar.info Trend-ə istinadən bildirir ki, hadisə avtobus dağ yolda kəskin döngədən keçərkən baş verib. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var. Yaralanan 11 nəfərin vəziyyəti isə ağırdır.
Qaynar.info