"Kino komitəsi Mədəniyyət Nazirliyindən ayrılmalı və müstəqil qurum kimi fəaliyyət göstərməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. Xalq artistinin sözlərinə görə, kino komitəsinin Mədəniyyət Nazirliyinin balansına keçməsindən sonra bu sahədə işlər qaydasında getmir:
"Kino üçün dövlət maliyyə ayırır. Amma həmin pullar gəlib komitəyə çatmır. Pul olmadığından, çəkilən kino layihələri də yarımçıq qalır. Hara müraciət etsək də, bizi dinləyən yoxdur. Görünür, bunlara çoxlu nazirlik lazımdır, qohum-əqrabanı yerbəyer eləsinlər”.
Bahar Rüstəmli