Xəbər lenti

KİV: Makron baş naziri istefaya göndərir
Dünya 18:58 05.01.2024

KİV: Makron baş naziri istefaya göndərir

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə baş nazir Elizabet Bornu istefaya göndərə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, bu ilin yanvarın 3-də keçirilməli olan Nazirlər Şurasının ilk iclasının təxirə salınması bu məlumatı təsdiqləyir. BFMTV hesab edir ki, Fransa prezidenti qohumbazlıq işində ittiham olunan əmək naziri Olivye Düsso barəsində hökmün çıxarılmasını yanvarın 17-dək gözləyə bilər. Əgər onun təqsirli olduğu sübuta yetirilərsə, Dussault vəzifəsini tərk etmək məcburiyyətində qalacaq.

Bornun mümkün varisləri arasında müdafiə naziri rəhbəri Sebastien Lekorno, maliyyə naziri Bruno Le Mayr və ətraf mühit naziri Kristof Beku da var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->