Siyasət 18:21 19.09.2022

Kiviryan Pelosinin səfəri haqda: “Beyinsizlərə sadəcə demək lazımdır ki...”

Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə analitik Arqişti Kiviryan öz Facebook səhifəsində yazıb.

"Nensi Pelosi Cafesjian İncəsənət Mərkəzinə getdi, Avarayr döyüşünü əks etdirən rəsmin qarşısında dayandı və bu rəsmdə ermənilərin farslara qarşı müharibə etdiyi barədə danışmağa başladı. Bundan da açıq-aydın mətni anlamayan beyinsizlərə sadəcə demək lazımdır ki, o, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır. "Və Vilsonun yetimləri onun onları xilas etməyə gəldiyini düşünürlər. Bu isə Pelosinin günahı deyil. Adam düşünür ki, əgər bu insanlar Vilsonun kağız parçasına kütləvi şəkildə inanırlarsa, bu xalqı hər şeyə inandırmaq olar. P.S. Boltonun vaxtilə İrəvana səfəri zamanı dediklərini də buraya əlavə edin...” – o yazıb.

Nizami Bağırov