Xəbər lenti

Kiyevin bu vəziyyətdə NATO-ya müraciət etməsi anlaşılandır (ŞƏRH)
Siyasət14:43 16.02.2022

Kiyevin bu vəziyyətdə NATO-ya müraciət etməsi anlaşılandır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynanın yaranmış mürəkkəb vəziyyətdə özünün və əhalisinin təhlükəsizliyilə bağlı müxtəlif nüfuzlu qurumlardan əlahiddə yardımlar istəməsi anlaşılandır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Ukraynanın mülki əhaliyə təsir edəcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım istəməsi məsələsini şərh edərkən deyib:
"Bu hal onu göstərir ki, son günün bəzi optimist açıqlamalarına rəğmən, müharibə təhlükəsi hələ ciddi şəkildə qalmaqdadır. Ukrayna ilə Rusiya arasındakı problem davam edir. Bu problem həm də ABŞ-NATO ilə Rusiya arasındakı problemdir. NATO-nun son sammitində qurum üçün iki təhdidin olduğu göstərildi. Bunlar terror və Rusiya amili ilə bağlıdır. Bununla bağlı 79 səhifəlik qərar da qəbul edilib. Orada faktiki olaraq Rusiya ilə bağlı açıq şəkildə göstərilir ki, bu ölkəni aqressiv əməllərdən çəkindirmək üçün mütləq mənada müxtəlif addımlar atılmalıdır. Yəni burada söhbət mülki əhaliyə zərər dəymədən, hərbi obyektləri hədəf alan iqtisadi və hərbi sanksiyalardan gedir. Bu mövqe çərçivəsində Rusiyanı zəiflətmək, onu təcavüzkar siyasətindən çəkindirmək siyasəti əsas götürülüb”. 
Həmsöhbətimizin fikrincə, vəziyyət mürəkkəb olaraq qalmaqdadır:
"Rusiya da anlayır ki, Ukrayna cəbhəsində açıq şəkildə geri addım atarsa, mütləq mənada qlobal hərbi siyasi rəqabətdən kənara atılacaq. Bu, Qərb üçün də keçərlidir. Onlar Ukrayna məsələsində Moskvaya ciddi güzəştlərə gedərsə, yaranmış vəziyyət gələcəkdə Qərbin özünün də qlobal hərbi siyasi rəqabətdəki mövqeyini zəiflədəcək. Bu baxımdan vəziyyətin çox mürəkkəb olduğunu görürük".
Rüfət Sultan