Türkiyənin məşhur "Kızılcık şerbeti" serialında Azərbaycanın məşhur mahnısı "Ay saçı burma" səsləndirilib.
Qaynarinfo xəbər verir ki, ekran işində Asil obrazını canlandıran aktyor mahnını səsləndirir və rəqs edir. O, bununla səs-küy salan qonşularına dərs verir.
Qeyd edək ki, Asil obrazını Erkan Avcı canlandırır.
"Ay saçı burma"nın musiqisi Məmmədbağır Bağırzadə, sözləri Zivər Ağayevaya məxsusdur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər