
Bir müddət öncə bəzi saytlarda Könül Kərimovanın səhhətinin pisləşməsi, hətta xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər yayıldı. Bununla da Kərimova haqda xeyli söz-söhbət yayılmağa başladı. Hətta müğənninin əməliyyat olunacağı belə deyildi.
Qaynarinfo.az xəbər verir ki, Könül Kərimova bu şaiyələrə son qoyaraq, səhhətinin yaxşı olduğunu açıqladı:
“Səhhətimdə, şükrlər olsun, heç bir problem yoxdur. Yenə də haqqımda yanlış xəbərlər yayımlanıb. Xeyli kökəlmişdim, arıqlamaq lazım idi. Pəhrizlə özümü arıqlatmaq qərarına gəldim. Amma bu mənə pis təsir etdi. Bu o demək deyil ki, daha arıqlamaq fikrimdən daşındım. Bu dəfə isə idman edərək arıqlamağa çalışacam. Bunu qarşıma məqsəd qoymuşam”.
Qaynarinfo.az