Xəbər lenti

Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək
Sənət14:05 04.01.2018

Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva yanvarın 5-də xəstəxanaya yerləşdiriləcək.
Qaynarinfo xəbər verir ki, bunu "Report"a açıqlamasında xalq artisti özü deyib. 
O, hazırda evdə olduğunu bildirib: "Bugün xəstəxanaya gedib analizlər verdim. Cavablar bilinmədən xəstəxanada qalmağımın mənası yoxdur. Sabah cavablar bilinəcək və xəstəxanada müalicəmə başlanılacaq".
Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq.