Xəbər lenti

Koka-kola gəncin ölümünə səbəb oldu
Ölkə06:45 20.01.2014

Koka-kola gəncin ölümünə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gündə 3 litr kola içən Paul İnman adlı ingilis gəncin ağciyərlərinin şişməsinə səbəb olub

Koka-kola ölümə səbəb oldu. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərənin "Mirror" qəzeti yazıb ki,bir gündə 3 litr kola içən 30 yaşlı Yorkshirelı gənc Paul Inman ağciyərlərinin şişməsi nəticəsində ölüb.

Gəncin "Aspenger Sindromu" xəstəliyi olduğu və uzun müddətdir evdən yalnız qazlı içki almaq üçün bayıra çıxdığı ifadə edilib.

Inmanın ölümündən sonra açıqlama verən doktor Deyrdre Mak Kenna gəncin uşaqlıqdan bəri həddindən artıq dərəcədə kola və bu cür qazlı içkilər içməsi nəticəsində onun vəziyyətini bu cür acınacaqlı hala gətirib çıxardığını bildirib.

Qeyd edək ki, anası həkim olan bu gəncin 10 yaşından bəri kola və buna bənzər içkilərdən çox istifadə etməsi anası tərəfindən təsdiqlənib.

Qaynar.info