Xəbər lenti

Kolleclərə sənəd qəbulu davam edir
Ölkə10:34 11.04.2022

Kolleclərə sənəd qəbulu davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.
DİM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ərizələrin qəbulu 2022-ci il aprelin 25-dək internet vasitəsilə aparılır.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il 25 aprel saat 23:59-dək davam edəcək.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan
Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.
Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.
11 aprel saat 12:00-a olan məlumata əsasən 13713 (Azərbaycan bölməsi -13302; rus bölməsi - 411) abituriyent ərizəsini təsdiq edib.