Xəbər lenti

Kolumbiya höküməti futbolçunun atası ilə bağlı açıqlama verdi
İdman 10:34 03.11.2023

Kolumbiya höküməti futbolçunun atası ilə bağlı açıqlama verdi

Kolumbiya hökuməti İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul"da çıxış edən futbolçu Luis Diazın atası Luis Manuel Diazın oktyabrın 28-də silahlı qiyamçı təşkilat Milli Azadlıq Ordusu (ELN) tərəfindən qaçırıldığını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Kolumbiyanın hökumət nümayəndəsi Otti Patino açıqlamasında Diazın ELN üzvləri tərəfindən saxlanıldığını təsdiqləyib. Futbolçunun atasını azad etməyə çağıran Patino, "Cənab Luis Manuel Diazın dərhal azad edilməsini, onun həyat təhlükəsizliyinin təmin olunmasını istəyirik və ELN-ni məsuliyyətə dəvət edirik" - sözlərini söyləyib.

Kolumbiyanın tanınmış "El Tiempo" qəzetində dərc olunan xəbərdə ELN üzvlərinin Diazın atasını azad edəcəklərinə söz verdiyi paylaşılıb. Diazın tapılması üçün genişmiqyaslı əməliyyata başlayan təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə işlərini davam etdirir.

Oktyabrın 28-də futbolçunun valideynləri Barrankas şəhərində öz avtomobilləri ilə səyahət edərkən naməlum silahlı şəxslər tərəfindən qaçırılmışdı. Axtarış işləri çərçivəsində Diazın anası Cilenis Marulanda Barrankas çölündə tapılıb. 

Kolumbiya hökuməti ilə ELN arasında uzun sürən sülh danışıqlarından sonra Kubanın paytaxtı Havanada atəşkəs sazişi imzalanıb və avqustun üçündə rəsmi müqavilə bağlanıb. Razılaşmaya görə, ELN üzvləri hər hansı adam oğurluğu ilə məşğul olmamalı idilər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->