Xəbər lenti

Komada olan əsgərin vəziyyəti pisləşdi
Ölkə08:36 22.05.2013

Komada olan əsgərin vəziyyəti pisləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə həftə öncə Azərbaycan əsgərinin ordudaxili münaqişə nəticəsində güllə yarası alması barədə xəbər vermişdik. Hadisədən dərhal sonra yaralı əsgər xəstəxanaya yerləşdirilib.

Əsgərin qohumlarının Qaynar.info-ya verdiyi məlumata görə, komada olan əsgər Toğrul Abdulzadənin vəziyyəti 3 gündür ki, ağırlaşıb. Başından güllə yarası alan əsgər kritik vəziyyətdədir, ölümlə mübarizə aparır. Həkimlərin dediyinə görə, artıq beyinlə rabitə tam kəsilib. Onlar bildirirlər ki, əsgərin 2-3 saat ömrü qalıb. Buna görə də heç bir tibbi yardım göstərilmir. Artıq ailəsinin əsgərin yanına buraxılmasına icazə verilib.

Xatırladaq ki, Toğrul Abdulzadə buil martın 30-da əsgər yoldaşı Samir Əliyev tərəfindən açılan atəş nəticəsində başından güllə yarası alıb. Bir həftə Gəncə hospitalında qaldıqdan sonra aprelin 5-də Bakıya gətirilib.

Samir Əliyev və başqa iki əsgər həbs olunub. Hadisəni törədən əsgər ilkin izahatında Toğrulu öldürmək məqsədi ilə vurduğunu deyib.

Qeyd edək ki, Abdulzadə Toğrul Təyyar oğlu “Xeberinfo” xəbər saytının təsisçisi və baş redaktoru Cavid Cabbarlının yaxın qohumudur.

Qaynar.info