Xəbər lenti

Komandanın ölümü Rusiya Qara Dəniz Donanmasının fəaliyyətinə necə təsir edəcək?
Dünya 11:45 26.09.2023

Komandanın ölümü Rusiya Qara Dəniz Donanmasının fəaliyyətinə necə təsir edəcək?

Rusiya Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun öldürülməsi düşmən üçün qoşunların idarə edilməsində problemlər yaradacaq. 

Qaynarinfo RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk bildirib

O xatırladıb ki, Rusiyada donanmalara nəzarət edən admirallar var ki, onlar öz qüvvələrinin və şəxsi heyətinin vəziyyətini, onları necə düzgün idarə etməyi və necə yerləşdirməyi mükəmməl bilirlər.

"İndi isə bütün bu prosesi idarə edən şəxsi itirirlər. Onunla yanaşı, donanmanı idarə edən heyətini də. Çünki başa düşməlisiniz ki, bu, kifayət qədər böyük bir qrupdur", - Pletençuk aydınlıq gətirib.

O bildirib ki, donanmanı idarə etmək üçün əsas proseslərin qayğısına qalacaq bir sıra menecerlər lazımdır. Amma indi bu mexanizmin əsas hissəsi işləksiz hala düşüb.

"Bəli, bu gecə onlar hələ də zərbələr endiriblər. Amma bu gün dediyim kimi, bu, başsız qaçan toyuq kimidir. O, qaçır, nəsə edir, amma artıq ölüb. Buna görə də, indidən onların qoşunların idarə olunması ilə bağlı müvafiq problemləri olacaq”, - Hərbi Dəniz Qüvvələrinin spikeri əlavə edib.

Xatırladaq ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahına hücum nəticəsində rusiyalıların itkiləri ilə bağlı məlumatlara aydınlıq gətirib.

Onların məlumatına görə, hücum zamanı 34 zabit, o cümlədən Rusiya Qara Dəniz Donanmasının komandanı, vitse-admiral Viktor Sokolov həlak olub.
Mətbuatda xəbər verildiyi kimi, Rusiya 100 ildən artıq müddətdə ilk dəfə olaraq donanma komandanını itirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->