Xəbər lenti

Komandası  Putini satacaq - Politoloq
Siyasət09:48 11.05.2022

Komandası  Putini satacaq - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı uğursuzluqlar Rusiyanın "dünyanın taleyini həll etməyə qadir hərbi güc” imicini darmadağın etdi. Lakin Moskva üçün uğursuzluqlar yalnız cəbhə xəttində baş vermir. İqtisadi sanksiyalar nəticəsində RF vətəndaşlarının yaşayış səviyyəsi inanılmaz dərəcədə zəifləyir. Bu amil isə hakimiyyət böhranına yol açır. Əyalətlərdə vəziyyət daha ağırdır. Bir gündə 4 qubernatorun  istefa verməsi də sıradan bir məsələ deyil. Məlumata görə, Mari El Respublikasının rəhbəri Aleksandr Yevstifeyev, Saratov vilayətinin qubernatoru Valeri Radayev, Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin və Kirov vilayətinin qubernatoru İqor Vasilyev eyni gündə istefa veriblər. Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov da yenidən namizədliyini irəli sürməyəcəyini deyib. Göründüyü kimi, Rusiya hakimiyyəti mərkəzdənqaçma tendensiyalarından əziyyət çəkir.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Cümşüd Nuriyev düşünür ki, 4 qubernatorun eyni gündə istefayə çıxması birmənalı şəkildə Rusiyanın batmasına dəlalət edir və bu,birmənalı şəkildə hakimyyət böhranıdır:
"Rusiya prezidentinin yanında olan ən yaxın 13 adamından artıq 4-ü bu və ya digər formada onu tərk edib. Belə götürəndə, Putin komandasının təxminən yarısı onun siyasətindən narazıdır. Onlar Putinin hərəkətlərini qəbul etmək istəmirlər. Bu da istər-istəməz həm Rusiya, həm də Putin üçün ciddi problemlər yaradıb. Qubernatorlar istefa səbəblərini göstərməsələr də müharibədə iştirak məsələsi gündəmdədir. Putin hansı bölgələrdən əsgərliyə daha az gedənlər varsa, onları hədələyib.  İstefa verən qubernatorlar siyasi mənada görürlər ki, gəmi batır. Ona görə də onu  birinci olaraq tərk etməyə başlayıblar.  Tarixən də bu belədir. Kimlər ki, daha çox uzaqgörəndir, prosesləri vaxtında proqnozlaşdıra bilir, onlar ilk olaraq uzaqlaşırlar. Bu mənada 4 qubernatorun eyni gündə istefayə çıxması birmənalı şəkildə Rusiyanın batmasına dəlalət edir. Putin elə fikirləşir ki, hər şey onun istədiyi kimidir. Amma heç nə onun istədiyi kimi deyil”. 
Rüfət Sultan