
Meyxana ustası Ağakərim (Kərim) Novruzov aprelin 19-da növbəti dəfə Mərkəzi Klinik Xəstəxanasına müraciət etməli olacaq.
Bu barədə lent.az-a meyxanaçının ailəsindən xəbər verilib.
Yaxınlarının sözlərinə görə, müalicəsini ev şəraitində davam etdirən Ağakərim müayinə olunması üçün həkimə gedəcək:
“Vəziyyəti normaldır. İnşallah 3-cü gün həkimlər yenə baxacaqlar”.
Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.
Qaynar.Az