Xəbər lenti

Komitənin qadağan etdiyi kolbasa satışda - FOTO
Ölkə19:46 09.02.2015

Komitənin qadağan etdiyi kolbasa satışda - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda istehsalı dayandırılan “Baranina” kolbasasının satışı davam edir. Axar.az-ın müxbiri şəhərin ərzaq mağazalarında “Kristal CF” əmtəə nişanlı bu kolbasa məhsullarının yığışdırılmadığının şahidi olub. 
Hazırda “Orxan-SS” firması məhsulları ticarət şəbəkələrinə paylanmaqda və satılmaqdadır.
Qeyd edək ki, “halal” sözü ilə markalanmış bu məhsullarda donuz əti və piyi aşkar edildiyi üçün “Baranina” kolbasasını istehsal edən firmaya sertifikat verilməyib. “Orxan-SS” firmasının fəaliyyətinə xitam veriləcəyi gözlənilirdi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı analitik.az-a bildirmişdi ki, araşdırma yekunlaşandan sonra nəticə ictimaiyyətə açıqlanacaq. F.Talıblı onu da qeyd etmişdi ki, ticarət şəbəkələri həmin müəssisənin məhsullarını qəbul etmirlər: “Həmin müəssisənin məhsulları ticarət müəssisələrindən geri çağırılıb. İstehsalı dayandırmaq üçün araşdırmanın nəticələrini gözləməliyik”. 
Qaynar.info