Xəbər lenti

Kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirildi (FOTO)
Ölkə15:21 04.04.2022

Kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində kommunal sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib.  
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı görülən işlər, qarşıya qoyulan məqsədlər barədə məlumat verib, bu sahədə təbii inhisar subyektləri ilə əməkdaşlığın önəmini qeyd edib.