Xəbər lenti

Konfederasiya Kubokunun “Qızıl buts” təqdim edildi - FOTO
İdman10:06 01.07.2013

Konfederasiya Kubokunun “Qızıl buts” təqdim edildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Konfederasiyalar Kubokunda mükafatlar öz sahibini tapıb. 

Azerisport.az xəbər verir ki, turnirin ən məhsuldar oyunçusu üçün təsis edilmiş “Qızıl buts” mükafatı ispan Fernanado Torresə qismət olub.

“Gümüş buts” Fredin , “Bürünc buts” Neymarın payına düşüb.Torreslə Fredin aktivində hərəyə 5 qol və 1 ötürmə var. Lakin ispan futbolçunun üstünlüyü daha az müddət meydanda olmasıdı. Neymar isə 4 qol vurub və 2 ötürmə edib.

Həmçinin Neymar turnirin ən yaxşı futbolçusu seçilərək “Qızıl top”a sahib çıxıb.

Bundan əlavə “Qızıl əlcək” də öz sahibinə qovuşub. Bu ada Brazliyalı qapıçı Sezar layiq görülüb.

Qaynar.info