Xəbər lenti

Konstitusiyadakı dəyişikliklər bizə nə vəd edir? - İqtidarla müxailfət üz-üzə
Siyasət12:42 19.07.2016

Konstitusiyadakı dəyişikliklər bizə nə vəd edir? - İqtidarla müxailfət üz-üzə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalayıb. 

"Qaynarinfo.Az" xəbər verir ki, təklif edilən dəyişikliklərdə bir neçə önəmli məsələ yer alıb. Göstərilib ki, Konstitusiyanın 85-ci maddəsinin I hissəsində "yaşı 25-dən aşağı olmayan" sözləri "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilsin. Konstitusiyanın 100-cü maddəsindən "Yaşı 25-dən aşağı olmayan," sözləri çıxarılır. 101-ci maddənin I hissəsində isə "5" rəqəmi "7" rəqəmi ilə əvəz ediləcək. 

"Qaynarinfo.Az" Konstitusiyada ediləcək dəyişikliklərə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan münasibət öyrənib. 

Müsavat başqanı Arif Hacılı bu təşəbbüsü təqdir etmədiyini deyib: "Azərbaycanda artıq bir neçə dəfə Konstitusiya dəyişikiyi baş verib və təəssüflə qeyd etmək lazımdır ki, bu dəyişikliklər adətən cəmiyyətin demokratikləşməsinə yox, ölkədə avtoritar idarəçiliyin möhkəmlənməsinə xidmət edən dəyişikliklər olub. Elə son dəyişiklik 2009-cu ildə bir nəfərin iki dəfədən artıq seçilməsinə qadağa qoyan müddəanın konstitusiyadan çıxarılması ilə bağlı oldu. İndi də yaş senzi və digər məsələlərlə əlaqədar konstitusiyaya dəyişiklik edilməsinə cəhd göstərilir. Müsavat Partiyası bu məsələlərə ciddi yanaşır və bu gün partiyanın divanı nöbvədənkənar toplantı keçirirərək, müafiq qərarlar qəbul edəcək". 

Ümid Partiyasının sədri İqbal Ağazadə də Konstitusiyaya təklif olunan dəyişikliklərin demokratiyaya xidmət etmədiyini düşünür: "Bu dəyişikliklərin böyük bir qismi bu günün, müasir dünyanın tələblərinə cavab vermir. Bunlar hakimiyyət bölgüsünün genişləndirilməsi və müxtəlif qurumların səlahiyyətlərinin artırılması baxımından məqbul hesan olunan varinatlar deyil. Təklif olunan variantlarda baş nazir institututun və parlamentin səlahiyyətləri azaldılır, prezident idarəetməsi möhkəmləndirilir. Bu da hakimiyyətin bir əldə cəmlənməsi prosesinə xidmət edəcək. Müasir dünya bu tipli məsələlərdə daha açıq mövqe nümayiş etdirir, səlahiyyətləri genişləndirmək və bölməklə ictimai nəzarəti daha təkmil formaya çatdırır". 

İ.Ağazadə Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı kampaniya başlayacağını deyib: "Hakimiyyət ekspertləri çalışacaqlar bunu demokrtaik dəyişikliklər kimi qələmə versinlər. Halbuki absurd bir şeydir. Dünyanın hər yerində prezident və parlament seçkilərində yaş məhdudiyyəti var. 18 yaşlı bir adam bir çox sahələrdə uğur qazana bilər, amma bu yaşda adamın parlamentdə və prezident kimi xalqa verə biləcəyi bir şey yoxdur. Yəqin indi 1501-ci ildən misal gətirəcəklər, Şah İsmayıl Xətaini örnək göstərəcəklər, deyəcəklər 15 yaşında dövlət başına gəlib və ağlı-kamalı imkan verib ki, o boyda Səfəvilər dövlətini yaratsın. Amma bunlar 1500-cü illərdə olub. İndi XXI əsrdir və proseslərə tamam fərqli yanaşmaq tələb olunur".

BAXCP funksioneri Elçin Mirzəbəyli isə Konstitusiyaya dəyişiklikləri normal qarşıladığını deyib: "Burada qeyri-adi bir şey görmürəm. Dövlət başçısının 7 il müddətinə seçilməsi normal bir haldır. Belə olanda qısa bir zamanda tez-tez seçkilər keçirilməsinə də ehtiyac olmur və hər hansı bir şəxs hakimiyyətə gəldikdə görəcəyi işlər üçün daha böyük vaxt qazanır. İstənilən halda prezidentliyin bir ili seçkinin nəticələrinə, daha bir ili növbəti seçkilərə hazırlığa həsr olunur. Bu dəfəki Konsitutsiya islahatlarının Azərbaycan cəmiyyətinin maraqlarına uyğun olduğunu düşünürəm".

E.Mirzəbəyli deyib ki, seçkilərdə iştirak etmək üçün yaş həddinin götürülməsində də heç bir problem görmür: "Dünya dəyişir, dinamik inkişaf edir. Artıq müasir gənclər daha çox informasiya əldə etmək imkanı qazanırlar. Bu da onların qısa bir müddət ərzində yetişməsinə, yetkin bir şəxsə çevrilməsinə imkan yaradır. Bu baxımdan da bu dəyişikliyin Azərbaycan gənclərinə daha çox imkanlar açacağını, onların siyasi həyatda rolunun, fəallığının artmasına imkan yaradacağını düşünürəm".  

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov azvision.az-a danışıb. Onun fikirlərini təqdim edirik: "Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq konvensiyalara qoşulur. Bu baxımdan ölkənin təhlükəsizlik məsələləri ön plana çəkilir və dövlət aparatında islahatların həyata keçirilməsi zərurəti yaranır. İstər qanunvericilik, istər icra, istər vətəndaşların hüquq və azadlıqları ilə bağlı, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlər ortaya çıxır ki, bunların konstitusion normalarla möhkəmləndirilməsi üçün zərurət yaranır. Bu baxımdan irəli sürülən konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı günün tələbidir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Konstitusiyası 20 il bundan əvvəl qəbul olunub, sonradan referendumla bir neçə dəyişiklik edilib. Gənc dövlət kimi Azərbaycanın fəaliyyəti, inkişafı, dünya dövlətləri arasında özünə yer tutması, beynəlxalq konvensiyalara qoşulması belə bir zərurət yaranıb ki, konstitusiyada müəyyən maddələrə dəyişikliklər edilsin. Bu qarşıya qoyulan məqsədlərə nail olunmasına xidmət edir. Konstitusiya Məhkəməsi daxil olunan müraciətə baxdıqdan sonra referendumla bağlı qərar veriləcək və göstərilən müddət ərzində referendum keçiriləcək”. 

Layihədə Silahlı Qüvvələrlə bağlı edilən dəyişikliyə münasibət bildirən S.Novruzov qeyd edib ki, Silahlı Qüvvələr geniş anlayışdır: “Silahlı Birləşmələr dedikdə onun tərkibində çoxsaylı qoşun növlərinin olmasından söhbət gedir. Bu dəyişikliklər qeyri-qanuni silahlı birləşmələrin yaradılmasının qarşısının alınması məsələsini gündəmə gətirir. Bu, dünyada son zaman yaşanan hadisələrlə bağlıdır. Yəni, təhlükəsizlik məsələlərindən doğan zərurətdir. Bu baxımdan konstitusion norma ilə özünün təsdiqini tapması vacibdir”. 

Layihədə nəzərdə tutulan yaş həddinə gəlincə, S.Novruzov bildirib: “Burada düzgün olaraq norma göstərilib. Adətən müxtəlif dövlətlərdə, həm təyinatlı vəzifələrə, həm də seçkili vəzifələrə fərqli yaş hədləri müəyyənləşdirilir. Burada yaş həddinin müəyyənləşdirilməsi bəzən insanların hüquqlarının pozulmasına gətirib çıxara bilir. Məsələn, prezident seçilmək üçün seçki hüququna malik şəxs ali təhsilli olmalıdır. Bu vətəndaşın ali təhsil alması üçün həmin şəxsi müəyyən yaş həddinə gətirib çıxarır. Hazırki qanunvericilikdə vətəndaş 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin üzvü, 21 yaşına qədər bələdiyyə üzvü seçilə bilməz, 30 yaşından aşağıdırsa, baş nazir, yaxud hakimliyə namizəd ola bilməz. Yeni layihədə bu kimi normalar aradan qaldırılır. Bu çox demokratik normadır. Vətəndaşlara tam şəkildə sərbəstlik verilir. Vətəndaşlar özlərinin seçmək və seçilmək hüquqlarından tam şəkildə istifadə edə biləcəklər”. 

S.Novruzov qeyd edib ki, Azərbaycanda dövlət struktuları mütəmadi olaraq təkmilləşir: “Dünyada Azərbaycanın mövqeyini nəzərə alsaq, getdikcə dövlətin işləri artır. Bu baxımdan səlahiyyətli orqanların olmasına zərurət var. Vitse-prezident kimi dövlət strukturları bizi əhatə edən ayrı-ayrı dövlətlərdə də mövcuddur. Vitse-prezident bilavasitə prezidentin sərəncamı ilə təyin olunur və ölkənin idarə olunmasında, beynəlxalq əlaqələrinin qurulmasında, vacib dövlət əhəmiyyətli sənədlərin imzalanmasında və digər məsələlərdə iştirak edir. Vitse-prezidentlik institunun yaranaması ilə baz nazir postu ləğv ediləcəkmi?” sualına S.Novruzov belə cavab verib: “Referendum aktında göstərilir ki, baz nazirlik institutu ləğv olunmayacaq. Dəyişikliklərdə Nazirlər Kabinetinin ləğv olunması ilə bağlı norma yoxdur”. 

Qızılgül

Qaynarinfo.Az