SOCAR "Azəriqaz” İB-nin "Açıq mikrofon” aksiyası həftəlik işinə Lerik rayonundan başlayıb.
Qaynarinfo xəbər verir ki, rayonun Kornədi kəndində təşkil edilən "Səyyar qəbul otağı”na Almu kəndinin sakinləri də qatılıb.
Aksiyada ünvanlanan 6 müraciət hər iki kəndin sakinləri adından səsləndirilib. Kənd sakinlərinin isə yeganə xahişi adıçəkilən kəndlərin mavi yanacaqla təchiz edilməsi olub. Görüş zamanı Lənkəran RQİİ-nin rəhbər şəxsləri kənd camaatının müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini bildiriblər.