Xəbər lenti

Koronavirus bu şirkətə 50 milyard dollar ziyan vurdu
Ekonomiks06:32 03.05.2020

Koronavirus bu şirkətə 50 milyard dollar ziyan vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sahibkar və sərmayəçi Uorren Baffetin rəhbərlik etdiyi "Berkshire Hathaway” holdinqi koronavirusun yayılması səbəbindən ilk rübdə təxminən 50 milyard dollar zərərə düşüb.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə kompaniyanın mayın 2-də dərc olunan korporativ hesabatında deyilir.
Martın 31-də başa çatan üç aylıq dövrün nəticələrinə əsasən, "Berkshire Hathaway” kompaniyasının xalis itkisi 49,7 milyard dollar təşkil edib. Halbuki holdinq ötən ilin analoji dövrünü 21,7 milyard dollar gəlirlə başa vurmuşdu.
"Berkshire Hathaway” holdinqi onlarla kompaniyanın böyük səhm paketlərinə sahibdir. Onların sırasında ABŞ-ın aparıcı aviakompaniyaları, bankları və texnika istehsalçıları da var. Koronavirusun yayılması ABŞ iqtisadiyyatına ciddi zərər vurub və bir çox kompaniyanın səhmlərinin xeyli dəyər itirməsinə səbəb olub.
Bloomberg agentliyinin məlumatına əsasən, "Berkshire Hathaway” holdinqinin rəhbəri Uorren Baffet hazırda dünyanın ən varlı insanları reytinqində beşinci yeri tutur. Onun varidatı ilin əvvəlindən bəri 17 milyard dollar azalaraq 72 milyard dollara enib.