Xəbər lenti

Koronavirusa görə qapanmalar olacaqmı?
Ölkə15:34 04.11.2021

Koronavirusa görə qapanmalar olacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda pandemiya ilə əlaqədar olaraq növbəti qapanmalar gözlənilmir.
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, qapanmaların olacağı ilə bağlı yayılan şayiələr əsassızdır.
"Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”, - deyə o əlavə edib. (oxu.az )