Dünya üzrə koronovirusa yoluxanların sayı artmaqda davam edir. Son rəqəmlərdə infeksiyaya yoluxanların sayının 76 716 nəfərə çatdığı bildirilir. Virus ümumilikdə 2 236 nəfərin həyatına son qoyub.
	
Modern.az koronavirusa yoluxma halı və itkilər olan ölkələrin siyahısını hazırlayıb:
	
Yaponiyada 731 nəfər koronavirus daşıyıcısı var, onların hər biri hazırda xəstəxana şəraitində müalicə alır.
	
Sinqapurda 58 nəfər virus daşıyıcısıdır. Onlardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.
	
Taylandda 6 nəfər koronavirus daşıyıcısıdır. Onlardan 5-i Çin vətəndaşıdır.
	
Cənubi Koreyada indiyədək virusdan dolayı bir nəfər dünyasını dəyişib. Hazırda ölkədə 104 nəfər koronavirus daşıyıcısıdır.
	
Malaziyada biri yaşlı olmaqla iki nəfər koronavirusdan əziyyət çəkir.
	
Tayvanda biri yaşlı olmaqla 4 nəfər koronavirus xəstəliyindən əziyyət çəkir.
	
Almaniyada 4 nəfər virusdan dolayı karantin altındadır. 40 nəfərdə isə virus olduğu ehtimal edilir.
	
Hindistanda isə 3 nəfər tələbə koronavirus daşıyıcısıdır.
 
	
ABŞ-da 6 nəfər koronavirus daşıyıcısıdır, 191 nəfər isə nəzarət altına alınıb.
	
Avstraliyada isə xəstəlikdən əziyyət çəkənlərin sayı 7-yə çatıb.
	
Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxan 8 nəfərdən 3-nün vəziyyəti yaxşılaşsa, 5 nəfər hələ ki, xəstəxanada müalicə alır.
	
İranda virusdan dolayı 2 nəfər həyatını itirib. Hazırda 5 nəfər koronavirus daşıyıcısıdır
	
Rusiya Səhiyyə Nazirliyi isə ölkədə 20 min nəfərin virus daşıma şübhəsi ilə həkim nəzarəti altında olduğunu açıqlayıb. Onlardan 6-mini Çin, 14 mini isə Rusiya vətəndaşıdır. İlin əvvəlindən 769 nəfər xəstəxanaya yerləşdirilib, onların 97-də qrip aşkarlanıb, 121 nəfərdə isə tənəffüs yolu xəstəlikləri tapılıb. Son məlumatlara görə Rusiyada cəmi 2 nəfərdə koronavirus aşkarlanıb.
	
Vyetnamda 6 nəfər virus daşıyıcısı var. Koronavirus təhlükəsindən dolayı ölkənin 10-a yaxın kəndinə giriş-çıxış məhdudlaşdırılıb.
	
Belçikada 9 nəfər koronavirus daşıyıcısıdır, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
	
İngiltərə, Hindistan, İtaliya və Fransada  3 nəfər koronavirus daşıyıcısının olduğu bildirilib.
	
Kanada, Nepal, İsveçrə, Finlandiya, Misir, Livan və İspaniyada isə 1 nəfərdə virusun olduğu bildirilib.
	
Qeyd edək ki, Finlandiyada daha 15 nəfərdə virusun olma ehtimalı var.
             
            
Şərhlər