Xəbər lenti

Koronovirusun ardınca Norovirus gəldi (EKSPERT)
Ölkə08:00 08.02.2020

Koronovirusun ardınca Norovirus gəldi (EKSPERT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Norovirus koronovirusun bir növüdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla ABŞ-ın Luiziana ştatında yayılan norovirus növünü şərh edərkən deyib. Onun sözlərinə görə, koronovirusların 3 növü insan həyatı üçün təhlükə mənbəyidir: 
"Norovirus soyuq aylarda baş qaldıran mövsümi xəstəliklər sinifinə aiddir. Bu xəstəlik hər il insanlara yoluxur. Sadəcə, onun 3 forması var ki, bunlar insan həyatı üçün təhlükəli sayılır. Onlardan biri "2019-novokoronovirus”dur”.
Eyd edək ki, ABŞ-ın Luiziana ştatında ən azı iki yüz nəfər norovirusa yoluxub. Bəzən bağırsaq və ya mədə qripi adlandırılan Norovirus kəskin bağırsaq infeksiyasına səbəb olur.
Bahar Rüstəmli