Xəbər lenti

Kral III Çarlz Rişi Sunakın istefasını qəbul etdi (YENİLƏNİB)
Dünya 15:29 05.07.2024

Kral III Çarlz Rişi Sunakın istefasını qəbul etdi (YENİLƏNİB)

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Baş nazir Rişi Sunakın istefasını qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bukinhem sarayı rəsmi məlumat yayıb.

"Hörmətli Parlament üzvü Rişi Sunak səhər saatlarında kralla görüşüb, Baş nazir vəzifəsindən istefasını ona təqdim edib. Əlahəzrət kral onun istefasını məmnunluqla qəbul edib”, deyə məlumatda qeyd edilir.

Saraydan o da bildirilib ki, leyboristlərin lideri Kir Starmer tezliklə kralı ziyarət etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

11.46
 
Böyük Britaniyanın baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb.

O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən Rişi Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.

Qeyd edək ki, Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qalib gəlib. Bununla da Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyəti başa çatıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->