Xəbər lenti

Kreditləri ödəyə bilmədiyi üçün intihar edənlərin sayı artıb - Rəsmi
Ölkə10:04 08.06.2016

Kreditləri ödəyə bilmədiyi üçün intihar edənlərin sayı artıb - Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevral ayında ikinci devalvasiyadan sonra bank kreditini ödəyə bilmədiyi üçün intihar hallarının sayında artım qeydə alınıb".
Bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, fevral ayında bununla baǧlı 6 nəfər mərkəzə gətirilib: "Onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında bununla əlaqədar 8, aprel-may ayları ərzində 4 müraciət daxil olub".
Hazırda bank krediti problemi olanların intiharı ilə baǧlı müraciətlərin azaldıǧını deyən Baş toksikoloq deyib ki, intihara cəhd edənlər əsasən sirkə turşusu içiblər.(lent.az)
Qaynarinfo.az