Xəbər lenti

Kreml Ərdoğanın Krım bəyanatına münasibət bildirdi
Siyasət12:41 03.02.2020

Kreml Ərdoğanın Krım bəyanatına münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə lideri Rəcəb Ərdoğanın Krımı Rusiya Federasiyasının bir hissəsi kimi tanımaması barədə verdiyi növbəti açıqlamaya münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, məsələnin bu hissəyilə Moskva türk tərəfdaşları ilə, həm də "bu kontekstdə istifadə olunan" dil ilə qəti şəkildə razı deyil. Peskov xatırladıb ki, Rusiya "Krım tatarları ilə bağlı hər hansı bir narahatlığın" əsassızlığı barədə dəfələrlə bəyanat verib.
Peskov bildirib ki, Putin də öz növbəsində dəfələrlə Ərdoğana yarımadasındakı real vəziyyət barədə danışıb. O özü də istərsə, bu bölgəyə baş çəkmək və hər şeyi öz gözləri ilə görmək dəvətindən faydalana bilər.
Xatırladaq ki, bundan bir qədər əvvəl Ərdoğan Krımı Rusia ərazisi kimi tanımadığını təkrar edib. Onun sözlərinə görə, Ankaranın Kiyevlə yaxın münasibətlərinin vacib tərəfi Krım tatarlarının mövqeyidir. Ərdoğan bunu Ukraynaya səfərə getməzdən əvvəl jurnalistlərə deyib.
Alpər