Xəbər lenti

Kreml imzaladığı sənədləri ayaqları altına atır – Politoloq
Siyasət10:01 14.06.2022

Kreml imzaladığı sənədləri ayaqları altına atır – Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində cari ilin fevralında Bakı ilə Moskva arasında imzalanan müttəfiqlik bəyannaməsini böyük diplomatik nailiyyət kimi dəyərləndirib:
"Cari ilin fevralında imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" dövlətlərarası münasibətləri regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı. Rusiyanın bölgəmizdə oynadığı rolu, tutduğu strateji mövqeyi nəzərə alsaq, bu fövqəldövlətin qlobal və regional miqyasda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycanla qarşılıqlı fəaliyyət göstərəcəyi öhdəliyini götürməsi böyük diplomatik nailiyyətdir”. 
Bununla bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri Bakının öz gələcəyini, təhlükəsizlik sistemini Rusiya ilə bağlanan "strateji müttəfiqlik sənədləri”lə deyil, Türkiyə ilə bağlanan sənədlər fonunda qurmalı olduğunu deyir:
"Bu sənəd o vaxt keçərlidir ki, Rusiya özünün arxa baxçası saydığı postsovet məkanındakı dövlətlərlə bərabər hüquqlu münasibətlər sistemi qursun. Ancaq Moskvanın belə bir fikri və praktiki siyasəti yoxdur. Putin öz arxa baxçası hesab etdiyi dövlətlərin yaşam haqqını tanımır. Rusiya heç zaman müstəmləkə kimi baxdığı ölkələrlə bərabərhüquqlu münasibətlər qurmur. Hər zaman bunun şahidi olmuşuq, Ukrayna məsələsində də görürük. Bərabər münasibətlər sistemi qurulmayan ölkə ilə uzağa gedən nəticələr çıxarmaq Azərbaycan dövlətini hədəflərə çatdırmaz. Kreml imzaladığı beynəlxalq səviyyəli sənədləri belə ayaqları altına atır”. 
Ekspert qeyd edir ki, bu özünü aldatmaqdır və Azərbaycan üçün tutanaq ola bilməz:
"Çünki söhbət işğalçı Rusiyadan gedir. Ona görə də Bakı gələcəyini, təhlükəsizlik sistemini Rusiya ilə bağlanan "strateji müttəfiqlik sənədləri”lə deyil, Türkiyə ilə bağlanan sənədlər fonunda qurmalıdır. Rusiya ilə hər hansı bir sənəd imzalamaqla Moskvanı bizə müttəfiq etməyəcək. Reallıq budur”. 
Rüfət Sultan