Dünya 11:44 30.10.2023

Kreml Luqansk vilayətinin bir hissəsini Tatarıstanın nəzarətinə verdi

Rusiya rəhbərliyi Luqansk vilayətinin Severodonetsk-Lisiçansk-Rubejnoye aqlomerasiyasını onun subyekti olan Tatarıstan Respublikasının tam nəzarəti altına ayırdı. 

Qaynarinfo Milli Müqavimət Mərkəzinə  istinadla xəbər verir ki, Tatarıstanın baş naziri Aleksey Esoşinin rəhbərlik etdiyi nümayəndə heyəti bölgəyə qeyri-qanuni səfərlə gəlib. Lisiçanska xüsusi diqqət yetirilib. 

Heyət "infrastrukturun bərpası” və tikintisini nümayiş etdirməli olan nümunəvi layihələrin yaradılmasını elan edib. Eyni zamanda, bu bölgədən gələn fəhlələrə yerli işğal idarələri tərəfindən mənzil ayrılır və onlar bu mənzilləri "yararsız” hesab edirlər.
Bundan əlavə, Tatarıstan yerli gənclərin yenidən təhsil alması proqramına nəzarət edir. MMM-in məlumatına görə, oktyabr ayında iki yüzə yaxın uşaq işğalçılar tərəfindən Kazandakı Zareçye düşərgəsinə aparılıb. 

Orada onların milli özünüidentifikasiyasını dəyişdirməyə yönəlmiş fəaliyyətlərlə yanaşı, figital yarışlar (virtual oyun mühiti və real fiziki oyunların kombinasiyası) keçirilir. Ola bilsin ki, gələcəkdə uşaqlar döyüş meydanında pilotsuz uçuş aparatlarının idarə olunması bölmələrinə cəlb olunsunlar.

Qeyd edildiyi kimi, Tatarıstan "Əmək və Müdafiəyə Hazır” (GTO) proqramı çərçivəsində sınaq mərkəzlərinin açılmasını maliyyələşdirəcək. Bu, Gənclik Ordusu və ya Putinin Vahid Rusiya partiyasının gənc fəalları kimi hərbiləşdirilmiş təşkilatlarda iştirak üçün məcburi təbliğat komponenti və təşviqat olan gənclərin idman və hərbiləşdirilmiş təhsilinin müasir rus formasıdır.

Alpər