Xəbər lenti

Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır
Dünya 17:48 09.12.2024

Kreml Suriyadakı hərbi bazalarını qorumaq üçün tərəfdaş axtarır

Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov 9 dekabr, bazar ertəsi, bildirib ki, Kreml Suriyada hərbi bazalarının təhlükəsizliyini təmin edə biləcək şəxslərlə əlaqə qurmağa çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "RIA Novosti", CNN Türk, Meduza yazır.

Prskovun sözlərinə görə, hazırda Rusiyanın Suriya ilə bağlı hərbi mövcudluğunu qorumaq barədə danışmaq hələ tezdir və bu məsələ ölkə hakimiyyətləri ilə müzakirə ediləcək. "Hazırda bunun haqqında danışmaq üçün tezdir. Hər halda, bu, Suriya hakimiyyəti ilə müzakirə ediləcək bir məsələdir", – deyə Putinin mətbuat katibi bildirib.

Mətbuatda yer alan məlumatlara görə, Rusiya Türkiyədən Suriyadakı hərbi qüvvələrini təhlükəsiz şəkildə çıxarmaq üçün kömək istəyib. Rusiyanın qoşunları Türkiyənin nəzarətində olan ərazilərə göndəriləcək və sonra hava yolu ilə Rusiyaya yola salınacaq.

CNN Türk-ün məlumatına görə, Rusiya Tartuza və Hmeymimdəki hərbi bazalarını saxlamağı planlaşdırır və Türkiyədən yalnız digər bölgələrdəki qoşunlarını çıxarmağa kömək istəyir.

Peskov, Moskvayla Ankara arasında dialoqun davam etdiyini və xüsusilə Suriyadakı vəziyyətə dair müzakirələrin aparıldığını təsdiqləyib. "Biz digər regional ölkələrlə, o cümlədən Suriya məsələləri ilə bağlı dialoqdayıq. Həqiqətən də, Suriyada hazırda qeyri-sabitliklə bağlı çətin bir dövr başlayacaq və burada bütün regional ölkələrlə dialoqun dəstəklənməsi çox vacibdir. Biz bunu davam etdirməyə qərarlıyıq, məsləhətləşəcəyik və analiz edəcəyik", – deyə o bildirib.

8 dekabr səhəri, suriya müxalifəti Dəməşq şəhərinin "azad edildiyini" elan edib. Prezident Bəşar Əsəd ölkəni tərk edərək Rusiyaya sığınıb.

ISW-nin məlumatına görə, Suriyada hərbi bazaların itirilməsi Kreml üçün Afrikada əməliyyatları həyata keçirmə qabiliyyətinə ciddi təsir göstərə bilər. Bu, Rusiya üçün Liviya və Saharadan cənubdakı ölkələrdəki mövqelərini zəiflədəcək və Afrika avtoritar rejimləri üzərindəki təsirini sual altına alacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->