Xəbər lenti

Dünya 18:42 21.11.2023

Kreml Zelenskinin Putinin məhv edilməsiylə bağlı bəyanatına reaksiya verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Zelenskinin "The Sun” tabloidinə Ukraynanın Vladimir Putini sıradan çıxarmaq hüququ ilə bağlı cavabını şərh edib.

Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir. 

"Ukraynadan dəfələrlə Putinin həyatına şifahi sui-qəsd cəhdləri olub. Müxtəlif səviyyələrdə. Biz bunu yaxşı bilirik. Onların (Ukraynadan - red.) xeyrinə heç nə olmayacaq", - Peskov deyib.

O, həmçinin Kremlin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsində məqsədlərinə çatacağına əmin olduğunu təkrarlayıb.

Bundan əvvəl prezident Vladimir Zelenski The Sun-a verdiyi müsahibədə bildirib ki, Rusiya  heç bir şəkildə Ukrayna prezidentini sıradan çıxarmaq  niyyətindən əl çəkmir və Ukrayna da öz növbəsində belə bir fürsət olarsa Putini sıradan çıxara bilər: "Çünki söhbət ölkəni qorumaqdan gedir”.

Belə bir fürsət yaranarsa, Ukraynanın Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına Zelenski belə cavab verib: "Bu müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->