Xəbər lenti

Kremldən prezidentlərin görüşü ilə bağlı rəsmi açıqlama
Siyasət11:16 08.08.2014

Kremldən prezidentlərin görüşü ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Rusiyanın Soçi şəhərində prezident Putinin Serj Sarkisyan və İlham Əliyevlə ikitərəfli görüşü baş tutacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, prezident Əliyevlə görüşdə Rusiya-Azərbaycan əlaqələrinə dair mühüm məsələlər müzakirə ediləcək, o cümlədən energetika, investisiya və regionlararası əməkdaşlıq sahəsində hər iki tərəf üçün faydalı olacaq birgə addımların atılması razılaşdırılacaq.

Ermənistan prezidenti ilə görüşdə isə iki ölkə arasındakı siyasi, ticari-iqtisadi, humanitar sahələrdə gələcək inkişafla bağlı müzakirələr aparılacaq. Əsas diqqət isə Ermənistanın Avrasiya İqtisadi Şurasına qoşulması mövzusuna ayrılacaq.

Qaynar.info