Xəbər lenti

Kremlin qatı düşməni Ağ Evə qayıdır - Savaş qaçılmazdır? (ŞƏRH)
Siyasət 19:16 16.02.2024

Kremlin qatı düşməni Ağ Evə qayıdır - Savaş qaçılmazdır? (ŞƏRH)

"Rusiya-ABŞ münasibətlərində gərginliyin artan istiqamətdə gedəcəyinin şahidi olacağıq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Rusiyaya qarşı sanksiyaların "memarı" kimi tanınan amerikalı iqtisadçı Dalip Sinqin yenidən Ağ Evdəki vəzifəsinə qayıdışını şərh edərkən deyib.

Ekspert deyib ki, Dalip Sinq Demokratlar Partiyasının kadr bankında ən üst mərtəbələrdə yer tutan, ABŞ-ın ən nüfuzlu universitetetlərini bitirmiş savadlı siyasətçi və mütəxəssisdir:

"Onu dünya daha çox Ağ Evdə mətbuat konfranslarında verdiyi açıqlamalarla tanıyıb. Rusiyanın Ukraynaya hücumundan sonra əsas öldürücü sanksiyaların müəllifi kimi üzdə görünən o olsa da, əslində bu işdə böyük bir komanda çalışırdı. Onun uzunmüddətli məzuniyyətə çıxmasından sonra da həmin komanda işini davam etdirib. Deyilənə görə, rəsmi vəzifəsi olmasa da, bu məsələdə həmin komanda ilə əlaqələrini kəsməyib. Həm onlarla, həm də yerinə gələn Mark Pil ilə  zaman zaman məsləhətləşməri olub. Yəni onun gedişindən sonra Rusiyaya sanksiyalar məsələsində hər hansı zəifləmə, geriləmə müşahidə edilməyib".
 


Ekspert düşünür ki, Rusiya məsələsinə prinsipial yanaşmasına görə Dalip Sinqin yenidən ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Milli Təhlükəsizlik Müşavirinin müavini vəzifəsinə qayıtması bu sahədə yeni səhifə aça bilər:

"Bu gün Rusiyaya qarşı yeni təzyiq üsulları üzərində beyin mərkəzləri, mütəxəssislər gecə gündüz işləyir. Sinqin bu sahədə uğurlu təcrübəsi  onlara işdə yardımçı ola bilər".

Rusiyanın bu təyinata münasibətinə gəlincə, həmsöhbətimiz hesab edir ki, rəsmi Moskva ABŞ tərəfindən maksimum təzyiqlər görüb, ziyan çəkib və prosesin hələ xeyli müddət bu istiqamətdə cərəyan edəcəyini bilir: 

"Ruiyanın problemi ayrı ayrı kadrlar deyil, özünə qarşı hazırlanan və həmin kadrlar tərəfindən icra olunan sistemli plandır. Hələ ki, proseslər həmin plan üzrə gedir. 2014 cü ildən bu günə qədər fərqli üsullarla olsa belə, Obama, Tramp və Bayden adminstrasiyaları ümumi mənadə eyni hədəflərin üzərinə gediblər. O, səbəbdən hazırda həmin planın hansı mərhələdə olmasından aslı olaraq Rusiya-ABŞ münasibətlərində gərginliyin artan istiqamətdə gedəcəyini görəcəyik".

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların "memarı" kimi tanınan amerikalı iqtisadçı Dalip Sinq Ağ Evdəki vəzifəsinə qayıdır. Sinq 2021-ci ilin fevralından 2022-ci ilin iyununa qədər Prezidentin Beynəlxalq İqtisadi Məsələlər üzrə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışıb. O, ailəvi səbəblərə görə işdən çıxıb. Sinqi müvəqqəti olaraq əvəzləyən Mayk Pil fevralın sonunda vəzifəsini tərk edəcək. Məlumata görə, iqtisadçının müvafiq olaraq 2024-cü ilin iyun və noyabr aylarında baş tutacaq G7 və G20 sammitlərində ABŞ-ın mövqeyini əlaqələndirməyə kömək edəcəyi gözlənilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->