Dünya 23:12 04.08.2022

Krımı Ukrayna torpağı saymayan ruslar Tiflisdə bu bara buraxılmır

Tiflisdə "Dedaena Bar”ın rəhbərliyi Rusiya vətəndaşlarını dünyadakı geosiyasi vəziyyətlə bağlı suallarla anket doldurmağa məcbur edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baza Telegram kanalı yazıb

Barda dincəlmək istəyən ruslar "giriş vizası” üçün müraciət etməlidirlər. Bunun üçün öz növbəsində Krımın Ukraynaya "məxsus olması”, "Abxaziya və Sxinvali bölgələrinin” isə Gürcüstanın bir hissəsi olması ilə bağlı iddialarla razılaşmaq və "Rusiya, Ukraynada müharibəni dayandır” çağırışına "hə” demək lazımdır.

Bundan əlavə, ruslar "Yaşasın Ukrayna" ifadəsini deməli və bar işçiləri ilə rus dilində danışmamaq barədə öhdəlik götürməlidirlər.

Anketdə həmçinin göstərilir ki, "giriş vizası” "zərif siyasi vəziyyət” və müəssisədə "özünü pis aparan” bəzi ruslar səbəbindən tətbiq edilib.
 
Alpər